28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusunun radiasiya, mühafizə bölmələrinin təlimi keçirilib - VİDEO

12.06.2023

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.

MN-dən verilən məlumata görə, təlimdə qoşunların antiterror əməliyyatını keçirmək üçün başlanğıc vəziyyətini tutması, radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması və yerinə yetirilməsi zamanı bölmələrin idarə edilməsi üzrə fəaliyyətlər icra olunub.

Həmçinin, müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilib, döyüş şəraitinə uyğun aerozol maskalanma fəaliyyətləri məşq etdirilib.

Radiasiya, kimyəvi və bioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, eləcə də şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün aşılanması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.