29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: İsrail uranın zənginləşdirilməsi 90%-ə çatarsa, İranı vuracaq

12.06.2023

"İran uranı 90% zənginləşdirməsinin İsrailin zərbəsi ilə nəticələnəcəyini bilir”.

"DM" xəbər verir ki, bunu yüksək vəzifəli İsrail rəsmisi "Israel Hayom"a açıqlamasında deyib.

Rəsminin sözlərinə görə, İran uranı 90 faizlik səviyyəyə qədər zənginləşdirməyə nail olsa, İsrailin zərbəsi ilə üzləşəcəyini yaxşı bilir.

İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu bildirib: "ABŞ, eləcə də digər Qərb dövlətləri də yaxşı bilirlər ki, nüvə bombasının istehsalı üçün lazım olan hədd - 90% zənginləşdirilmiş uran İsrail üçün "qırmızı xətt"dir”.

İsrail rəsmisi onu qeyd edib ki, ABŞ-ın İranla müqavilə bağlamaq üçün göstərdiyi nəzərəçarpan səylərə baxmayaraq, çətin ki, uğur əldə edilsin, çünki İranın Ali Rəhbəri Əli Xamenei sövdələşməyə heç bir maraq göstərmir.

Qeyd edək ki, İsrail rəsmisinin bəyanatı İran və Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma potensialının olduğu bir vaxta təsadüf edir. Dünən səhər saatlarında ölkəsinin atom sənayesi nümayəndələri ilə görüşən Xamenei deyib ki, İran istəsə Qərb Tehranın nüvə silahı istehsalını dayandıra bilməz.