29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada azərbaycanlılar girovluqdan azad ediliblər - VİDEO

12.06.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna ordusunun bir neçə gündür apardığı əks-hücum əməliyyatı nəticəsində artıq Donetsk və Zaporojyedə bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib.

Qeyd olunub ki, Kiyevdə sakitlik hökm sürsə də, hərbi mənbələr xəbərdarlıq edirlər ki, əks-hücum əməliyyatının davam edəcəyi təqdirdə bura da Rusiya ordusunun hava hücumuna məruz qala bilər.
O da bildirilib ki, Zaporojyedə azad olunan yaşayış məntəqələrində girovluqdan xilas olanlar arasında azərbaycanlılar da var.

"Həmyerlimiz Ruslan Əliyev bu müddətdə Rusiya hərbçiləri tərəfindən işgəncələrə məruz qalıb”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik: