01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ müharibəsi əlillərinə fərdi EV

24.11.2018

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı tədbirləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Kürdəmir və Ağsu rayonlarında yeni fərdi yaşayış evləri şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni evlərlə təmin olunan şəhid ailəsi üzvləri Əsnayə Mütəllimova və Gülağa Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən, eyni zamanda, dövlət başçısının müvafiq Fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən söz açıblar.
Evlərin təqdim olunması zamanı sosial cəhətdən həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqları vurğulanıb, onlara yönələn dövlət qayğısından bəhs edilib.
Bildirilib ki, mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsidir və bu istiqamətdə işlər ildən-ilə gücləndirilir. Avqustda Bakının Qaradağ rayonunda daha 35 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
Ölkə başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni cari ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.