29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin XİN ABŞ dövlət katibinin ölkəyə səfərini təsdiqləməyib

12.06.2023

Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfərini təsdiqləməyib.

"DM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

"Rəsmi Pekin Kubadakı bazadan ABŞ-a qarşı casusluqla bağlı istifadə olunması xəbərlərini də təkzib edir”,- Venbin vurğulayıb.

Xatırladaq ki, bir sıra KİV-də ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadən, Entoni Blinkenin iyunun 18-də Çinə səfərə hazırlaşması barədə xəbərlər yayılıb.

Blinkenin səfəri fevral ayına planlaşdırılırdı və sonradan ABŞ-ın hava məkanında raketlə vurulan Çinə məxsus hava şarı ilə bağlı insident səbəbindən səfər baş tutmadı.