29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib

12.06.2023

Ukrayna Silahlı Qüvvələri əks-hücumları davam etdirir.

"DM" "Unian"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı Baxmut şəhəri yaxınlığındakı vəziyyətdən danışıb.

Onun sözlərinə görə, Ukrayna ordusu irəliləyir. Hərəkət məsafəsi, döyüşlər gedən ərazidən asılı olaraq 250-700 metr təşkil edir.

"Düşmən əks-hücumu davam etdirir, lakin heç bir uğur əldə edə bilmir. Ordumuz da imkan daxilində əks-hücumlara davam edir. Cinahlarda düşməni geri çəkilməyə məcbur edərək 250-700 metr məsafə irəliləmişik”, - Çerevatı bildirib.

Rusiya ordusunun bu istiqamətdə yeni itkiləri də açıqlanıb:

"Ruslar döyüşlərdə itki veriblər: 66 nəfər ölüb, 83 nəfər yaralanıb, üç nəfər əsir götürülüb”, – deyə Çerevatı əlavə edib.