29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

12.06.2023

Ölkə ərazisində iyunun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.