03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanır

12.06.2023

Faizlər qaldırılsa, iqtisadi aktivlik aşağı düşəcək.

"DM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, uçot dərəcəsini aktiv yuxarı qaldırmaq iqtisadi aktivliyə təsir göstərəcək: "Qonşularımız buna gedib, biz gərək görmürük. Bu ilin sonunda tələb hissənin 1,4 % olacağını proqnozlaşdırırıq. Uçot dərəcəsini bir az artırmağımız isə banklararası bazara təsirlə bağlıdır”.

Taleh Kazımov bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə aktiv müzakirələr gedir: "Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlayırıq. Həmçinin də girov tələblərinə yenidən baxırıq. Balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq, yumşaldıcı addımlar atacağıq”.