Stoltenberq: Putin mane ola bilməz, Ukrayna üzv olacaq   
    
                         
     
                         09.06.2023
 
    
                        Ukraynanın NATO üzvlüyü məsələsi praktiki olaraq həllini tapıb. Alyansın qapıları açıqdır və Rusiyanın onun genişlənməsinə veto qoymaq hüququ yoxdur.
"DM" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
"Müttəfiqlər dəfələrlə Ukraynanın Alyansa üzv olacağı ilə razılaşdıqlarını bildiriblər. Sonuncu dəfə NATO-ya üzv olan bütün ölkələr bunu ötən ilin yayında Madriddə keçirilən sammitdə bəyan etmişdilər. Bu, heç bir halda Moskvadan və Putindən asılı deyil”, - Stoltenberq bildirib.