25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilib

09.06.2023

"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Eyni zamanda, Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alıb.