25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Azərbaycanlılar Ukraynada gözəl qızları dərhal "gözaltı” edirlər" - Ukraynalı deputat

23.11.2018

"Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal "gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq”.
"Dövran Media" xəbər verir ki, bunu "Report”a müsahibəsində Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı bildirib.
Komitə sədri deyib ki, Bakıya gələndə təyyarədə çoxlu ukraynalı gənclər, oğlan və qızlar vardı:
"Yəni aradakı münasibətlərin bu qədər səmərəli inkişafını yalnız alqışlamaq olar”.
A.Palatnı ölkələrimiz oxşar problemlərlə üzləşdiyini vurğulayıb:
"Sizdə Dağlıq Qarabağ, bizdə Donbas məsələsi var. Bu gün gənclərimiz arasında əlaqələrin günü-gündən genişləndiyini nəzərə alsaq, yaxın gələcəkdə ukraynalı və azərbaycanlı gənclərin işğal altındakı əraziləri azad etmək, ölkələrinin suverenliyini bərpa etmək uğrunda birgə səylər göstərəcəyini istisna etmirəm. Mən həmçinin inanıram ki, yaxın illərdə Ukraynanın tarixi torpaqları azad olunacaq, işğalçı qüvvələrdən və qondarma LNR-in, DNR-in tör-töküntülərindən təmizlənəcək”.