29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Parlament Bakı-Tbilisi-Qarsla bağlı yeni sənədi təsdiqləyib

09.06.2023

Milli Məclisin iclasında Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişə baxılıb.

"DM"-nın məlumatına əsasən, sənəd səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.