25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vahid Ələkbərov “Yandex”də 51% payı 7 milyarda alır...

09.06.2023


Rusiyalı milyarderlər sanksiyalar qarşısında dividendlərdən gəlir əldə etməyə davam edir. Neft, nikel və mineral sənayesindən olan beş iş adamı 2022-ci ildən bəri şirkətlərindən təxminən 10 milyard dollar ödəniş alıb. Lakin sanksiyalara görə onlar investisiyalarını Rusiya bazarına yönləndiriblər.

Bu barədə "Blumberq” məlumat yayıb.

"Qərbin sanksiyaları mahiyyət etibarı ilə rus milyarderlərin qapılarını bağladı və onları Kremlə daha da yaxınlaşdırdı. Bu, Rusiyanın onların vəsaitləri üzərində nəzarətini artırır və Putinin Rusiya bizneslərinə investisiya qoymaq çağırışlarını dəstəkləyir. Rusiya şirkətlərinə sərmayə qoymaqda maraqlı olan milyarderlər arasında "Lukoyl”in təsisçisi Vahid Ələkbərovun adını çəkmək olar. Mayın sonunda Ələkbərov "Yandex”də 51% payı 7-7,5 milyard dollara almağı planlaşdırırdı. Sövdələşmə uğurla başa çatarsa, bu, neft sənayesindən kənarda ən böyük investisiya olacaq.

Digər rusiyalı milyarder Vladimir Potana məxsus "Interros” şirkəti 2022-ci ilin aprel ayının sonunda Oleq Tinkovun ailəsindən "TCS Group”un (Tinkoff Bank və Tinkoff Insurance) 35%-ni satın alıb. Bundan başqa, milyarder yuxarıda adı çəkilən Vahid Ələkbərovla yanaşı, "Yandex”in mümkün alıcılarından biridir.

Vahid Ələkbərov, Leonid Mixelson və Gennadi Timçenko kimi enerji sənayesinin milyarderləri öz pullarını Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan bəri artan enerji qiymətlərindən əldə edirlər”, - məlumatda deyilir.

Qeyd olunur ki, Vahid Ələkbərova 2022-ci ilin aprel ayının əvvəlində Böyük Britaniya və Avstraliya tərəfindən sanksiya tətbiq edilib. Bundan sonra o, "Lukoyl”dakı rəhbəri vəzifəsindən vaxtından əvvəl istefa verib və neft şirkətinin direktorlar şurasını tərk edib. Həmin ay Kanada və Böyük Britaniya Leonid Mixelsonu sanksiyalar siyahısına əlavə edib. Vladimir Potanin 2022-ci ilin iyununda Böyük Britaniya tərəfindən qara siyahıya salınıb.