29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Hərbi vəzifəlilərin təlim toplanışından görüntülər - FOTO/VİDEO

08.06.2023

"N” saylı hərbi hissədə 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış çərçivəsində hərbi vəzifəlilərlə görüş keçirilərək onların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Həmçinin toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.

Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.