29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Rusiya insanların çarəsiz qaldığı Xersonu atəşə tutur - FOTO/VİDEO

08.06.2023

Rusiya qoşunları Kaxovskaya Su Elektrik Stansiyasının partlaması nəticəsində yaranan daşqınlar səbəbindən çətin vəziyyətə düşən Xersonu atəşə tutur.

Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin "Telegram” kanalında paylaşım edib.

"Rusiyalılar Xersonu atəşə tutur. Sahilyanı ərazilər və şəhərin mərkəzi hissəsində”, - deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması nəticəsində Ukraynanın Xerson vilayətinin işğal altındakı Oleşki şəhəri tamamilə su altında qalıb.

Şəhərin su altında qalması nəticəsində üç nəfər həyatını itirib və ölənlərin sayının artacağı istisna edilmir.
Xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışır, bir çoxları xilas olmaq üçün evlərinin damına çıxıblar.

Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb. Vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib.