19 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

KİV: İranın kamikadze dronları Britaniya universitetlərində inkişaf etdirilib

08.06.2023

Britaniya universitetlərindəki elm adamları Tehran rejiminə dron proqramlarının və döyüş təyyarələri hazırlanmasında istifadə edilən texnologiyanın hazırlanmasında yardım ediblər.

"DM" xəbər verir ki, bu barədə "The Jewish Chronicle” nəşrinin araşdırma materialında qeyd olunub.

Bildirilib ki, Kembric Universiteti və London İmperial Kolleci də daxil olmaqla azı 11 Britaniya universiteti İranın bu sahədəki nailiyyətlərində iştirak edib.

Qeyd olunub ki, Britaniyadakı layihələrdən biri çərçivəsində aparılmış araşdırmalarda dron mühərriklərinin inkişaf etdirilməsi, onların yüksəkliklərinin, sürətinin və məsafəsinin artırılması üzərində işlənilib və bu layihə Tehran tərəfindən maliyyələşdirilib. Başqa bir Britaniya universitetində isə iranlılarla birlikdə reaktiv təyyarələrin mürəkkəb idarəetmə sistemlərinin sınağı üzərində işlənilib və sınağın məqsədi manevr qabiliyyətinin artırılması və reaksiya vaxtının qısaldılması olub. Materialda həmçinin qeyd olunub ki, İrandan Britaniya gələn mühəndislər və tədqiqatçılar Britaniya universitetlərində öyrəndikləri təcrübəni İrana qayıtdıqdan sonra rejimin hərbi sənaye proqramlarında tətbiq edirlər.