29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Xersonda sakinlər xilas edilməyi gözləyirlər - VİDEO

08.06.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb.

"Xerson şəhərində suyun səviyyəsi dünənkinə nisbətdə 2 metr artıb. Bildirilir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə şəhər tamamilə su altında qala bilər”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. Həmin ərazilərdə sakinlər köməksiz vəziyyətdə qalıblar.

Ətraflı videonu təqdim edirik: