29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Aİ komissarı erməni parlamentarilərlə regiondakı vəziyyəti müzakirə edib

08.06.2023

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Ermənistan Parlamentinin üzvləri ilə görüşüb.

"DM" xəbər verir ki, bu barədə Aİ Komissarı "Twitter" hesabında bildirib.

"Berlaymontda (Avropa Komissiyasının binası - red.) Ermənistan Parlamentinin nümayəndə heyətinin üzvlərini qarşıladıq. Biz Aİ-Ermənistan münasibətlərini və regiondakı vəziyyəti müzakirə etdik. Aİ hamının xeyrinə davamlı sülhü və iqtisadi inkişafı təmin etmək üçün iqtisadi və maliyyə dəstəyi göstərməyə hazırdır”, Varhelyi qeyd edib.