Türkiyədə yaşayış binası ilk toxunuşla yerlə bir olub - VİDEO 
    
                          
     
                         08.06.2023
 
    
                        Türkiyənin Elazığ vilayətində zəlzələ zamanı xəsarət alan binaların sökülməsi prosesi davam edir.
Sökülməsinə başlanan və ağır zədələnən binalardan biri isə ekskavatorun bir toxunuşu ilə yerlə bir olub.
Altımərtəbəli bina ekskavatorun çömçəsinin ilk toxunuşu ilə bir anda dağılıb. Ətrafı toz buludu bürüyüb.
Bu anlar saniyə-saniyə mobil telefonun kamerasına qeyd olunub.
Mənbə: Haber Global