29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prokudin: Kaxovka bəndinin dağıdılmasından sonra 600 kv.km ərazi su altında qalıb

08.06.2023

Ukraynanın Xerson regionunda Nova Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılmasından sonra 600 kvadrat kilometr ərazi su altında qalıb.

"DM" CNN-ə istinadən xəbər verir ki, bu barədə Xerson regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram paylaşımında bildirib.

O, suyun səviyyəsinin orta hesabla 5,61 metrə çatdığını qeyd edib. Dnepr çayının şərq sahilinin nisbətən yüksəkdə olan qərb sahilinə nisbətdə daha çox daşqına məruz qaldığı bildirilib.

Qeyd olunub ki, su altında qalan bütün ərazinin 68 faizi çayın şərq sahilində, 32 faizi isə qərb sahilindədir.

Təhlükə zonasından təxminən 2000 nəfərin təxliyə edildiyi bildirilir.