29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rasmussen: NATO ölkələri Ukraynaya qoşun göndərəcək

08.06.2023

Ukrayna NATO sammitində üzvlük zəmanəti və keçid üçün təminat almazsa, alyansa üzv ölkələr Ukraynaya qoşun göndərə bilər.

"DM" xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

O bildirib ki, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüyü ilə bağlı addımlar ata və ya onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr fərdi şəkildə hərəkətə keçə bilər:

"Polşa Ukraynaya konkret yardım göstərməkdə yaxından iştirak edir. İstisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha çox iş görəcək, onun ardınca Baltikyanı ölkələr də. Ola bilsin ki, Ukraynaya qoşun da göndərilsin. Ukrayna Vilnüsdə heç nə əldə etməsə, Polşa koalisiya yaratmaq barədə ciddi düşünəcək. Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olardı”.