29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08.06.2023

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

"DM" "TRT Haber"ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Blinken Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna Taxıl sazişini müzakirə ediblər.

Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.