29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş Prokurorluq Belarusdan ekstradisiya olunan şəxslə bağlı məlumat yayıb

08.06.2023

Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  verilən xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ağasəmid Məhərrəmov Belarus Respublikasının ərazisində saxlanılaraq iyunun 8-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.