19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Gülər:Rusiyanın bəndi vurması ayağına sıxması deməkdir

07.06.2023

Xerson vilayətinin Dnepr çayı ilə bölünmüş sağ cinahı Ukraynanın, sol cinahı isə Rusiyanın nəzarəti altındadır.

"DM" xəbər verir ki, bunu türkiyəli politoloq Mehmet Çağatay Gülər Kaxovka SES-in partladılması ilə bağlı danışarkən deyib.

"2022-ci ilin noyabrında Rusiya Silahlı Qüvvələri qoşunlarını Xerson şəhərindən Dnepr çayının arxasına çəkməyi, çayı təbii sərhədə çevirməyi və müdafiəsi nisbətən asan olan ərazilərə yerləşməyi planlaşdırırdı. O vaxtdan bəri Dnepr çayının sol sahilindəki rus əsgərləri öz mövqelərini möhkəmləndirdilər. Bu baxımdan Rusiyanın bəndi partlatması həm də özünü ayağından vurmaq deməkdir. Yəni bu, çayın sol sahilində yerləşmiş əsgərlərini və aylarla qurduğu bütün hərbi istehkamları törətdiyi seldə itirməsidir”, - Gülər bildirib.