16 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

Macarıstanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olub

07.06.2023

Ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn olunduğu məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini yad edib.

Macarıstanlı qonaqlar rayon icra hakimiyyətlərinin nümayəndələrinə məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonra "N" hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışları izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.