27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

07.06.2023

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.