19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

07.06.2023

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.