25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsman Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

07.06.2023

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

ICMP hökumətlər, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla hərbi münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər, qeyri-qanuni miqrasiya və digər səbəblər nəticəsində itkin düşmüş şəxslərin məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir.

S.Əliyeva görüşdə Ombudsmanın mandatı və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Müvəkkil Ombudsman Aparatında və regional mərkəzlərdə insanların canlı qəbulunun həyata keçirildiyini bildirib. Eyni zamanda, müraciətlərin 24/7 rejimində fəaliyyət göstərən "916” Çağrı Mərkəzi, elektron qaydada və sosial şəbəkələr vasitəsilə qəbul olunduğu, pozuntu hallarının operativ şəkildə aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Ombudsman Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyinin indiyədək məlum olmadığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasına görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Müvəkkil bu məsələnin beynəlxalq platformalarda qaldırılması, o cümlədən aidiyyəti beynəlxalq qurum və təşkilatlara müraciətlərin edilməsindən bəhs edib.

Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın mina terroru törətdiyini qeyd edib. Müvəkkil dəfələrlə tələb olunmasına baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilmədiyini, nəticədə çoxsaylı mülki şəxslərin mina qurbanına çevrildiyini bildirib.

S.Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması üçün Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirildiyini, yerində araşdırmalar aparıldığını və əldə olunan faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini diqqətə çatdırıb.

Sonda qurumlar arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.