25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Slovakiya ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıb

07.06.2023

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Slovakiyaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb.

"Bu, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, - Azərbaycan XİN-dən bildirilib.