Rusiya Krımda ukraynalı uşaqları canlı qalxan kimi istifadə etməyi planlaşdırır
07.06.2023
Güclü atışma təhlükəsi bəhanəsi ilə Rusiya FSB Ukraynanın yeni işğal olunmuş ərazilərindən və Rusiya ilə həmsərhəd rayonlardan olan ukraynalı uşaqları Krıma apara bilər.
"DM" "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bildirib.
Uşaqlar "Ukraynanın Krım istiqamətində gözlənilən əks-hücumundan risklərin azaldılmasına şərait yaratmaq” və "Silahlı Qüvvələri gözdən salmaq və Ukraynanı "terrorçu dövlət” kimi qələmə vermək üçün yay mövsümü üçün bütün yarımadada yay düşərgələrinə və istirahət zonalarına yerləşdiriləcək. '
Devran Media