26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın bədii gimnastları Misirdəki turnirə yollanıblar

07.06.2023

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.

Federasiyadan "Report"a verilən məlumata görə, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Qeyd edək ki, "Pharaohs Cup" 9-11 iyunda təşkil olunacaq.