26 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Şuşa 20 mindən çox sakinin yaşadığı şəhər olacaq"

07.06.2023

Şuşa şəhəri 20 mindən çox sakinin yaşadığı şəhər olacaq.

"DM" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O, şəhərin planının qarşıdakı 20 il ərzində onun küçələrinin və evlərinin inkişafını detallı şəkildə əhatə etdiyini qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, şəhərdə əksəriyyəti dağıdılmış təxminən 200 tarixi abidə var və bugünədək onlardan 13-ü müvafiq qaydada restavrasiya edilib. Aydın Kərimov aparılan işlər sayəsində şəhərə 2-3 dəfə çox turistin cəlb ediləcəyini qeyd edib.