23 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNESCO-nun xoşməramlı səfiri: Şuşanın mədəni irsini qorumaq bütün insanlığın borcudur

07.06.2023

"Təşkilat olaraq xalqlar arasında əlaqələrin inkişafı üçün layihələr hazırlanır. Bu mədəniyyətlərin birləşməsinə də səbəb ola bilər. Şuşanın mədəni irsini qorumaq bütün insanlığın borcudur”.

"DM" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser deyib.

"UNESCO-nun vəzifələrindən biri də dünyadakı mədəni diplomatiyanı, xalqlar arasındakı əlaqələri, problemlərim həllinin dialoqla reallaşmasını dəstəkləməkdir. Dünyadakı dəyişikliklər xalqlar arasındakı əlaqələrə təsir etməməlidir. Təşkilatın əsas məqsədlərindən biri də irsi mədəni irsini qorumaq və bərpa etməkdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, tarixi şəhəridir. Qarabağ müharibəsi zamanı regiondakı mədəni irsi abidələrə böyük miqyasda zərər görüb. Bəzi abidələr tamamilə dağıdılıb”.