26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhəddə tanınmış mollanı bıçaqlayıblar

07.06.2023

İranın Məşhəd şəhərində Seyid Hüseyn Abuzəri adlı mollaya sui-qəsd cəhdi edilib.

"DM" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hadisə şəhərin Haşimiyyə küçəsində soyuq silahla baş verib. Ağır yaralanan molla xəstəxanaya köçürülüb.

Sosial media istifadəçiləri mollanın gənclərin geyim tərzinə irad bildirdiyi və onları təhqir etdiyi üçün cəzalandırıldığını yazıblar.

Məşhədin tanınmış dini təbliğatçılardan olan Seyid Hüseyn Abuzəri davamlı olaraq dini ayinləri yerinə yetirməyənləri təhqir etməsi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb. O, bunun qarşısının alınması üçün din xadimlərini əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.