19 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Xorvatiyanın sabiq prezidenti: “Azərbaycanla minatəmizləmə təcrübəmizi bölüşməyə hazırıq”

07.06.2023

"Mina problemindən əziyyət çəkmiş Xorvatiya minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.

"Report” xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, Xorvatiyanın bu problemin həllində uğurunun əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin köməyindən, həmçinin hakimiyyət orqanlarının koordinasiyasından istifadə etməsi olub.
K.Qrabar-Kitaroviç vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində atdığı addımlar çox düzgündür.