26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ilk ekstradisiyasını təsdiqləyib

07.06.2023

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ilk ekstradisiyasını təsdiqləyib.

"DM" "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, Ali Məhkəmənin bu qərarından sonra hökumət ekstradisiyası ilə bağlı addım atmalıdır.

Bildirilib ki, 35 yaşlı şəxs ötən ilin avqustunda Türkiyənin Adana şəhərinin Prokurorluğun sorğusu əsasında İsveçdə həbs edilib.

Həmin şəxs 2014-cü ildə Türkiyədə 1,8 kiloqram marixuana olan çantanı daşıdığına görə, 4 il 7 ay həbs cəzasına məhkum edilib. Bir neçə ildən sonra şərti azadlığa buraxılıb və İsveçə köçüb. İndi dövlət ittihamçısı onun cəzasının qalan hissəsini çəkməsini tələb edir. Lakin şəxsin özünün dediyinə görə, ekstradisiya onun HDP-də siyasi fəaliyyət göstərməsi və PKK-ya açıq şəkildə dəstək göstərməsi ilə bağlıdır.

"Aftonbladet"in məlumatına görə, ilk dəfədir ki, özünü PKK tərəfdarı kimi təqdim edən şəxs İsveçdən Türkiyəyə ekstradisiya edilə bilər. İsveç hökuməti ekstradisiya sorğuları ilə bağlı qərar qəbul edir, lakin Ali Məhkəmə qərarın əleyhinə səs verərsə, hökumət qərarı təsdiq edə bilməz