19 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı bu gün razılıq əldə edə bilər

07.06.2023

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilərlər.

"DM" xəbər verir ki, bu barədə "Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, yeni məhdudiyyətlərlə bağlı bir neçə məsələ hələ də tam həll olunmayıb, açıq suallar mövcuddur.

Belə ki, Almaniya da daxil olmaqla bir neçə ölkə sanksiyalardan yayınma ilə mübarizə üçün bir sıra tədbirlərin həyata keçirilməsinin Türkiyə və Çinlə münasibətlərə təsir edə biləcəyindən ehtiyatlanır.

Bu səbəbdən də Aİ bu məsələ ilə bağlı Avropa Komissiyasının sanksiyalarla bağlı ilkin təklifini yumşaldıb.

Həmçinin qeyd olunub ki, Macarıstan və Yunanıstan da yeni sanksiyalar paketinin qəbul olunmasına qarşıdır.

Xatırladaq ki, ötən ilin fevral ayından indiyə qədər (Ukraynadakı hərbi münaqişə başladığı gündən etibarən) Aİ artıq Rusiyaya qarşı 10 sanksiya paketi qəbul edib.