25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda məktəb yaxınlığında qəza: Avtobusdan düşən şagirdi maşın vurub -VİDEO

07.06.2023

"Bakı şəhəri, Yasamal rayonu Parlament prospektində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan məktəbli Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib”.

Bu barədə Oxu.Az-a mərkəzdən bildirilib.
 
Aparılan müayinələr zamanı xəsarət alan məktəbliyə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda zəruri müayinələr davam etdirilir.

Qeyd edək ki, avtomobilin vurduğu məktəbli qız Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi olub.

Onu vuran sürücü - 1988-ci il təvəllüdlü Mirazad Əliyev isə saxlanılıb.

09:32

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Parlament prospektində baş verib.

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı "Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

"Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.