20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şuşada tədbir keçirir

07.06.2023

İyunun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqram işə başlayıb.

"DM"-nın məlumatına görə, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsində (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İSESCO-nun 1991-2019-cu illərdə baş direktoru Abdulaziz Altvayri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və digər hökumət və dövlət nümayəndələri, eləcə də beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edirlər.

Dörd panel üzrə keçiriləcək proqramda yenidənqurma, sülh və inteqrasiya, mədəni irs və ortaq dəyərlər, kapital və iqtisadi inkişafın uyğunlaşdırılması, enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri məsələləri müzakirə olunacaq.