02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqu Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib

06.06.2023

Ukrayna Silahlı Qüvvələri çoxdan vəd edilən əks-hücum əməliyyatına başlayıb.

"DM" Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Ukrayna qoşunları təmas xəttinin müxtəlif hissələrinə hücum üçün böyük qüvvələr cəmləyib.

"İyunun 4-də Ukrayna rejimi çoxdan vəd etdiyi hücumu iki briqada ilə beş istiqamətdə həyata keçirdi. Düşmən onların heç birində uğur qazana bilmədi, 300 hərbi qulluqçu, 16 tank, 26 zirehli döyüş maşını, 14 texnika itirdi . Bundan əlavə, iyunun 5-də Kiyev rejimi 5 briqadanın qüvvəsi ilə 7 istiqamətdə hücuma cəhd etdi. Düşmən qarşısı alınıb, daha böyük itkilər verib - 1600-dən çox hərbi qulluqçu, 28 tank, o cümlədən 8 "Leopard" və 3 AMX-10 təkərli tankı, 136 ədəd digər hərbi texnika məhv edilib", - o deyib.