02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmişlidə təbiətə 158 min manatlıq ziyan vurulmasına görə cinayət işi başlanıb

06.06.2023

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı İmişli rayonunun Qaradonlu, Xubyarlı və Qaralar kəndi yaxınlığında "İmişli” qum-çınqıl yatağında "SND Group” MMC-nin vəzifəli şəxsləri, habelə fərdi sahibkarlar tərəfindən torpaq sahələrinin zəbt edilərək qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İbtidai istintaq davam edir.