09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiyalılar Azərbaycanı seçdi

23.11.2018

Moskvada "National Geographic Traveler Avards 2018” mükafatının qalibləri açıqlanıb.
"Dövran Media" xəbər verir ki, qaliblər 25 nominasiya üzrə 22 iyun-12 oktyabr tarixlərində keçirilən onlayn-səsvermə nəticəsində müəyyən edilib.
"Ekskursiyalı istirahət” nominasiyasında ölkəmiz rus turistlər arasında ən populyar ölkələrin ilk üçlüyünə daxil olub.
"Bu il nəhayət ki, biz Azərbaycana gedib çatdıq. Gəncliyimdə - 25 il bundan əvvəl Azərbaycanda olmuşam, ancaq o vaxtdan bu yana çox şey dəyişib. Məni təəccübləndirən ilk şey əlbəttə ki, Bakı şəhəri oldu. Şəhər inanılmaz şəkildə dəyişib, elə gözəl və qeyri-adi görünür ki, sadəcə valeh olursan. Palçıq vulkanlarını görməyi çoxdan istəyirdim. Axır ki, bu arzum gerçək oldu”, - "National Geographic Russia”nın şef-fotoqrafı Andrey Kamenev bildirib.
Səsvermənin nəticələrinə əsasən, Azərbaycan həmçinin rus turistlər üçün qastronomik turizm sahəsində ən populyar 3 istiqamətdən biri olub.