02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ İranı nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb

06.06.2023

Avropa İttifaqı (Aİ) İranı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə dərhal qayıtmağa çağırır.

"DM" xəbər verir ki, bu barədə Aİ-nin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Stefan Klement yaydığı bəyanatda bildirib.

Diplomat deyib ki, İranın nüvə proqramında irəliləyişi regionda nüvə silahlarının yayılması riskini artırır: "Avropa İttifaqı hələ də Hərtərəfli Birgə Fəaliyyət Planına sadiqdir. Təəssüf edirik ki, İran razılaşmaya qayıtmaq üçün lazımi tədbirlər görməyib. Əksinə, nüvə proqramını kəskin şəkildə artırmağa davam edir” .

O qeyd edib ki, Aİ-yə üzv dövlətlər Hərtərəfli Birgə Fəaliyyət Planının tam icrasını bərpa etmək üçün beynəlxalq diplomatik səyləri dəstəkləyir.