02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ prezidentliyinə namizəd ölkəsi üçün ən böyük hərbi təhlükədən danışıb

06.06.2023

"Rusiya və Çin arasında ittifaq ABŞ üçün ən böyük hərbi təhlükədir”.

Bu sözləri qarşıdan gələn seçkidə ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq amerikalı iş adamı Vivek Ramasvami deyib.

Ramasvami bildirib ki, həm Rusiya, həm də Çin nüvə supergücləridir. Onun fikrincə, Çin rəhbərliyi düşünür ki, ABŞ hər iki ölkə ilə eyni vaxtda qarşıdurmaya getməyəcək.

"Bu, Pekinə Tayvanla bağlı siyasətində əminlik verir”, - deyə biznesmen qeyd edib.
Ramasvaminin sözlərinə görə, Çində islahatlar aparılmayana qədər ABŞ Çinlə müştərək işlərdən çəkinməlidir.

Mənbə: "Foxnews.com”