25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

NATO “hərbi Şengen” yaradır

15.02.2018

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində "hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər.
Bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.
Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir.
"DM"