03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hökumət iyula qədər İsveçin NATO-ya üzv olacağına ümid edir

06.06.2023

İsveç hökuməti iyul ayına qədər ölkənin NATO-ya üzv olacağına ümid edir.

"DM" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson (Pål Henning Jonson) Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin qeyd etdiyi kimi, İsveç hökumətinin ən yüksək prioriteti NATO-ya mümkün qədər tez tamhüquqlu üzv olmaqdır.

Yonson qeyd edib ki, 11-12 iyul tarixlərində Alyansın Vilnüsdə sammiti keçiriləcək və İsveç bu tarixə qədər NATO-nun tamhüquqlu üzvü olmağa ümid edir.

Xatırladaq ki, İsveç və Finlandiya ötən ilin may ayında NATO Alyansına qoşulmaq üçün müraciət ediblər, lakin Türkiyə bu ölkələrdən kürd təşkilatlarını terrorçu elan etmələrini, terrorizmdə və ya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək üzvlük prosesini ləngidib.