30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pedro Sançez NATO Baş katibi postuna namizəd olmayacağını deyib

05.06.2023

İspaniyanın Baş naziri Pedro Sançez mətbuatda onun NATO Baş katibi postuna namizədliyi ilə bağlı yayılan məlumatları təkzib edib.

"DM" xəbər verir ki, Baş nazir mətbuat konfransında bu barədə danışıb.

"Bu, bu həftələr ərzində yayılan daha bir saxta xəbərdir", - Sançez bildirib.

Qeyd edək ki, mayın sonunda "20minutos" qəzeti yazıb ki, NATO alyansın baş katibi Yens Stoltenberqin varisini müəyyən etmək üçün İspaniyada iyulun 23-nə planlaşdırılan erkən seçkilərin nəticələrini gözləyir.