29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

05.06.2023

Baş nazir Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim edib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.