24 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər - VİDEO

05.06.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Rusiya Ordusunun Xarkov, Xerson və Donetsk vilayətinə ardıcıl hücumları müşahidə olunur.

Qeyd edilib ki, Donetsk vilayətinin Toretsk şəhərində vəziyyət gərgindir:
"Son üç gündür, Rusiya Ordusu şəhərə raket zərbələri endirir. İnsanların giriş-çıxışı da ağır döyüşlər səbəbindən çətinləşib”.

O da bildirilib ki, şəhərdə yaşayan mühasirədə qalanlar arasında azərbaycanlılar da var. "Toretskdə yaşayan azərbaycanlıların əksəriyyəti gərginlik artana qədər oradan çıxsa da, bir qismi müxtəlif səbəblərdən şəhəri tərk edə bilməyib”, - deyə jurnalist qeyd edib.

Ətraflı videonu təqdim edirik: