29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

02.06.2023

Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.

Tədbirə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 19 ölkənin liderlərinin qatılacağı gözlənilir. Bundan başqa 45-ə yaxın nazir Türkiyə Böyük Millət Məclisində mərasimdə iştirak edəcək.

NATO-nun baş katibi Yens Stoltenberq də Prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya səfər edəcək.

Mənbə: Ahaber